Britaniya Ukraynanın təcili ehtiyac duyduğu artilleriya sursatını tədarük etmək və tədarük zəncirlərini canlandırmaq üçün 245 milyon funt-sterlinqlik yeni büdcə ayırdığını açıqlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Britaniya hökuməti açıqlama yayıb.
2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra Britaniya on ildir Ukrayna Silahlı Qüvvələrinə beynəlxalq dəstək verir.
Bildirilir ki, Britaniya 2015-ci ildən bu yana Ukraynada 60 mindən çox hərbi qulluqçuya təlim keçib və 2022-ci ildən bu yana təxminən 12 milyard funt-sterlinq iqtisadi, humanitar və hərbi yardım göstərib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.