Martın 3-də HƏMAS hərəkatının üzvləri, Qətər və ABŞ-dan olan nümayəndə heyətləri Qəzza zolağında davam edən müharibədə atəşkəsə dair danışıqları bərpa etmək üçün Qahirəyə səfər edib.
Modern.az-ın məlumatına görə, danışıqlarda İsrail nümayəndə heyəti də iştirak etməli idi.
“The Times of Israel” qəzetinin mənbələrinə görə, İsrail hökuməti Qahirəyə nümayəndə heyəti göndərməkdən imtina edib. Təl-Əvivin qərarı HƏMAS-ın hələ də İsrailə yaşayan girovların siyahılarını təqdim etməməsi ilə bağlıdır. Digər bir mənbə isə qeyd edir ki, HƏMAS sağ olan girovların adlarının tam siyahısınə verməyib.
Qəzetin yazdığına görə, HƏMAS da İsrail həbsxanalarında saxlanılan fələstinlilərin siyahısını əldə etməyib. Şərtlərə görə, İsrail onları müqavilənin bir hissəsi kimi təhvil verməlidir. İsrail tərəfi siyahıları yanvarın 24-25-də almalı idi.
HƏMAS sözçüsü bildirib ki, İsrail yaraqlıların tələblərini qəbul edərsə, bir-iki günə atəşkəs sazişi bağlana bilər.
Qeyd edək ki, Qəzza zolağında 6 həftəlik atəşkəs elan edilməsi barədə danışıqlar aparılır. Atəşkəs müqabilində HƏMAS 40 girovu azad etməli, İsrail fələstinli məhbusları həbsxanalardan buraxmalıdır.
Qərb mətbuatı yazır ki, İsrail və HƏMAS arasında atəşkəs sazişi artıq bağlanıb. Mənbələrin bildirdiyinə görə, razılaşmanı başa çatdırmaq üçün İsrail qoşunları Qəzza zolağının şimalından çıxmalıdır.
ABŞ Ramazan ayının başlamasına qədər atəşkəs barədə razılığa gəlmək üçün tərəflərə təzyiq edir. ABŞ vitse-prezidenti Kamala Harris dərhal atəşkəs elan edilməsinə çağırış edib.
"Masada bir razılaşma var və dediyimiz kimi, HƏMAS bu sövdələşməyə razılaşmalıdır. Gəlin atəşkəs əldə edək.... Qəzzada insanlar aclıq çəkir. Şərait qeyri-insanidir və ümumi insanlığımız bizi hərəkətə keçməyə məcbur edir...İsrail hökuməti yardım axınını əhəmiyyətli dərəcədə artırmaq üçün daha çox işlər görməlidir. Heç bir bəhanə yoxdur", - o deyib.
Qəzzanın səhiyyə nazirliyi bildirib ki, müharibədə 30 mindən çox fələstinli həlak olub, 71 mindən çox insan isə yaralanıb.
BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi UNRWA bildirib ki, Qəzzanın infrastrukturunun 60%-dən çoxu dağıdılıb və ya zədələnib, 2,3 milyonluq əhalinin 90%-dən çoxu didərgin düşüb.
İsrail tərəfində 1200 nəfər mülki şəxs həlak olub. 5,4 min nəfər yaralanıb, 200-dən çox israilli və əcnəbi girov götürülüb. Onlardan bəziləri azad edilib.