Ermənistanın İstintaq Komitəsi saxlanılan azərbaycanlı hərbçi Ruslan Pənahova qarşı cinayət təqibinə xitam verib.
Bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırmalar zamanı Ruslan Pənahovun səhvən Ermənistan tərəfinə keçdiyi müəyyən edilib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 28-i səhər saatlarında Ordumuzun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti isə sərhəddə azan Azərbaycan əsgərinin saxlanıldığı barədə xəbər yayıb. Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.