Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) və İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsi keçirdikləri birgə əməliyyat zamanı İsrailin kəşfiyyat orqanına (MOSSAD) işləyən 7 casusu yaxalayıb.
Saxlanılan şəxslərdən birinin televiziya kanalında səhər proqramlarına qatılan və özəl detektiv işləyən Həmzə Turhan Ayberk olduğu müəyyən edilib.
Ayberk pul qarşılığında MOSSAD-a məlumat sızdırıb və aldığı təlimat əsasında Türkiyədəki Yaxın Şərqdən olan iş adamları və şirkətlər barəsində şəxsi məlumatlar toplayıb.
Keçmiş dövlət məmuru və özəl detektiv olan Ayberk MOSSAD-a məlumat vermək üçün dövlət işçiləri da daxil olmaqla, şəxslərdən ibarət bir qrup yaradıbmış.
MOSSAD-ın "Viktoriya" kod adlı agenti özəl detektiv Həmzə Turhan Ayberklə əlaqə saxlayıb. Ayberk ilk dəfə İsrail Məxfi Xidməti tərəfindən sadə tapşırıqlar üçün istifadə edilib.
O, 2019-cu ildə MOSSAD tərəfindən Belqradda görüləcək işlərlə bağlı təlim keçib. Ayberk MOSSAD-ın rəhbərliyi altında gizli ünsiyyət proqramlarından istifadə edib. Rəsmi qeydlərdə əks olunmaması üçün o, kriptovalyuta vasitəsilə ödənişlər alıb.(Musavat)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.