AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlk Avropa Müdafiə Sənayesi Strategiyası təqdim edilib - AK

  • + A
  • - A
  • 5-03-2024, 17:05

    İlk Avropa Müdafiə Sənayesi Strategiyası təqdim edilib -


    Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) ümumi hərbi sifarişlərin və investisiyaların tətbiqinə əsaslanan ilk Avropa Müdafiə Sənayesi Strategiyasını təqdim edib.

    Azadmedia.az TASS-a istinadən xəbər verir ki, Avropa Komissiyasının dərc olunmuş sənədinə əsasən, Ukraynanın ən qısa zamanda bu proqrama inteqrasiyası planlaşdırılır.

    Qeyd edilib ki, bu strategiya Ukrayna ilə sıx əlaqələrin inkişaf etdirilməsi və onun müdafiə sənayesini dəstəkləmək üçün Aİ təşəbbüslərində iştirakını əhatə edir.

    “Biz Ukrayna sənayesini bu ekosistemə tam inteqrasiya etmək istəyirik”, - Avropa Komissiyasının rəhbərinin müavini Marqret Vestaqer Brüsseldə mətbuat konfransında bildirib.

    Belə ki, AK Aİ-yə üzv ölkələrə təklif edib ki, 2030-cu ilə qədər bütün silah və sursatların 50 faizini Aİ-nin hərbi sənayesindən əldə edilsin və hərbi satınalmaların 40 faizi birləşdirilsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR