AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Novruz bayramını xaricdə, yoxsa ölkədə keçirmək sərfəlidir? - QİYMƏTLƏR

  • + A
  • - A
  • 6-03-2024, 09:46

    Novruz bayramını xaricdə, yoxsa ölkədə keçirmək sərfəlidir? - QİYMƏTLƏR

    Novruz bayramına artıq sayılı günlər qalıb.

    Demək olar ki, hər bir yerdə bayram ab-havası duyulur. Novruzun elçisi olan çərşənbələr bir-bir arxada qalır və hər kəs sonuncu çərşənbəyə hazırlaşır.

    Novruzu adətən evdə qeyd etsək də, son illər bayram günlərini rayonların, yaxud xarici ölkələrin birində keçirmək ənənəsi də formalaşır. Bayramla əlaqədar istirahət günlərinin sayının çox olması buna şərait yaradır.

    Əksər hallarda rayonlara və xaricə üz tutan insanlar üçün Novruzda istirahət etmək üçün ən yaxşı məkan otellərdir.

    Maraqlıdır, Novruz bayramını Azərbaycanda və xaricdə keçirmək üçün nə qədər pul xərcləməliyik?

     Novruz bayramı ərəfəsində Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən bir sıra otellərin və xaricə turların qiymətlərini öyrənmək ücün araşdırma aparılıb.

    Həmin qiymətləri təqdim edirik:

    *"İsmayıllı Resort Hotel"-də 20-26 mart tarixlərində 2 nəfər üçün 3 gecə, 4 gün istirahət etməyin qiyməti 300 manatdan başlayır. Qiymətə səhər yeməyi və SPA xidmətləri daxildir.

    *Şəkidə yerləşən "Marxal Resort & SPA"-da 20-26 mart tarixlərində 2 nəfər üçün 1 gecə üçün istirahətin qiyməti 220 manatdan başlayır. Qiymətə səhər yeməyi, gündəlik əyləncə proqramları, uşaq meydançası, uşaq otağı, SPA xidmətləri (Qapalı hovuz, Fitnes zalı, Türk hamamı, Quru sauna və Buxar otağı) daxildir. Bildirək ki, otelə giriş zamanı 18 yaşdan yuxarı olan qonaqlar şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidir.

    *"Gold Naftalan Hotel & SPA"-da 20-25 mart tarixlərində 1 nəfər üçün 1 gecə istirahətin ödənişi 154 manat təşkil edir. Qiymətə gecələmə, "Açıq bufet" sistemi ilə səhər, nahar və şam yeməyi, SPA xidmətləri (Hovuz, Sauna, Türk hamamı) və Novruz şənlik proqramı daxildir.

    *"Qalaalti Hotel & SPA"-da 20-25 mart tarixlərində Novruz bayramını qeyd etməyin ödənişi 2 nəfər üçün 330 manatdan başlayır.
    Bu qiymətə 2 dəfə qidalanma, canlı musiqi, əyləncə və uşaq proqramı, SPA xidmətləri və s. daxildir.

    *Rayonlara tur qiymətləri isə 1 nəfər üçün minumum 80 manatdan başlayır.

    Novruz bayramını xaricdə qeyd etmək üçün turların qiymətini təqdim edirik:

    *Novruz bayramını Şri-Lankada qeyd etmək istəyənlər üçün 1 həftəlik turların qiyməti 1665 dollardan (təxminən 2 min 830 manat) başlayır.

    *Novruz bayramını Kapadokyada qeyd etmək istəyənlər üçün 3 günlük turların qiyməti 620 dollardan (təxminən 1000 manatdan yuxarı) başlayır.

    *Parisdə bayramı qeyd etmək istəyənlər üçün 19.03-26.03.2024 tarixlərində qrup turlarınım qiyməti 1 nəfər üçün 1500 USD-dan (2 min 550 manat) başlayır.

    Ümumi qiymətlərə nəzər salsaq, xarici və ölkədaxili istirahət qiymətləri arasında kəskin qiymət fərqi müşahidə olunur. Belə ki, xarici turların 1 nəfər üçün qiyməti 1000 manatdan az deyil.("Cebhe.info")


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR