2024-cü ilin fevral ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 18,6% artıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, ötən ilin fevral ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 410,0 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 486,3 manat təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.