2024-cü ilin yanvar ayında orta hesabla bir ailəyə ödənilən Ünvanlı Dövlət Sosial Yardımının (ÜDSY) məbləği 22,5 faiz artıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, ötən ilin yanvar ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 397,2 manat idisə, 2024-cü ilin müvafiq dövründə həmin məbləğ artaraq 486,6 manat təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.