Rusiya Daxili İşlər Nazirliyi amerikalı jurnalist Tom Roqanı cinayət ittihamı ilə axtarışa verib.
Azadmedia.az xəbər verir ki, bu barədə məlumat Rusiya DİN-dən bildirilib.
Belə ki, Rusiyada terrorçuların və ekstremistlərin reyestrinə daxil edilən amerikalı jurnalist “The Washington Examiner” jurnalında Ukraynanın Krım körpüsünü dağıtmasının zəruriliyi ilə bağlı məqalənin müəllifidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.