Norveçdə NATO-nun "Nordic Response" təlimi başlayır.
Bu barədə "Deutsche Welle" məlumat yayıb.
Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzv olmaq qərarına gələn Finlandiya və İsveç də daxil olmaqla 13 ölkədən 20 minə yaxın hərbçi uzaq şimalda keçirilən genişmiqyaslı təlimlərdə iştirak edir.
Manevrlərdə alyansın ərazisinə hücumun dəf olunması məşq edilir. Məsələn, təlimin ilk günündə əsgərlər Alta şəhərinin cənubunda yerləşən əraziləri azad etmək üçün onun ərazisindən “əks-hücum” keçirməlidirlər ki, bu da ssenari manevrinə görə, artıq “düşmən tərəfindən işğal edilmiş” hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.