AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Komissiyası su qıtlığını həyatın bütün aspektlərini təhdid edən problem hesab edir - KİV

  • + A
  • - A
  • 7-03-2024, 15:47

    Avropa Komissiyası su qıtlığını həyatın bütün aspektlərini təhdid edən problem hesab edir -



    Avropa İttifaqı ölkələri su ehtiyatlarının çatışmazlığı ilə bağlı fikir ayrılığına düşə bilərlər.

    Azadmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa Komissiyasının məxfi sənədinə istinadən məlumat yayıb.

    Belə ki, sənəddə deyilir ki, tez-tez baş verən quraqlıqların əsrin sonunadək Avropa İttifaqının iqtisadi artımını yeddi faiz azaldacağı, infrastruktura, səhiyyəyə və iqtisadiyyata zərər vuracağı gözlənilir.

    Həmçinin Avropa Komissiyası su qıtlığını həyatın bütün aspektlərini təhdid edən problem hesab edir. “Bu risklər müxtəlif formalarda özünü göstərəcək. Su ehtiyatları uğrunda artan rəqabət həm dövlətlər daxilində, həm də transsərhəd su ehtiyatları uğrunda münaqişələrə səbəb olacaq”, - deyə nəşrin istinad etdiyi sənəddə bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR