İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatları Qəzzanın Misir sərhədində yerləşən Rəfah şəhərini də əhatə edəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu kursantlarla görüşündə deyib.
Belə ki, “Mən bu gün burada sizə açıq və aydın şəkildə demək istəyirəm: İsrail müdafiə qüvvələri Qəzza zolağının hər yerində HƏMAS-ın bütün batalyonlarına, o cümlədən HƏMAS-ın son qalası olan Rəfahda əməliyyatlar keçirəcək”, - deyə baş nazir bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.