Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Kiyevə gözlənilməz səfər edib.
Bu barədə nazir özünün X səhifəsində yazıb.
“Mən Kiyevə demokratik dünyanı xəbərdar etmək üçün gəldim, biz əmin olmalıyıq ki, Ukrayna bu müharibədə qalib gələcək. Böyük Britaniya daha çox şey etmək üçün addımlar atıb və Ukraynaya indiyədək ən böyük hərbi dəstək paketini təqdim edəcək”, - nazir yazıb.
Onun fikrincə, çoxları bundan nümunə götürməli və azadlığın istibdad üzərində qələbəsini təmin etməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.