Almaniya kansleri Olaf Şolts Roma Papasının “ağ bayraq” haqda dediyi sözlərlə razılaşmadığını bildirib.
Bunu hökumətin sözçüsü Steffen Hebestreit açıqlayıb.
O, Ukraynanın özünü təcavüzkardan müdafiə etdiyini vurğulayıb: "Kansler bu məsələdə Papa ilə razılaşmır".
Daha əvvəl pontifik İsveçrənin RSI telekanalına müsahibəsində Ukraynaya “ağ bayraq qaldırmağa cəsarət göstərməyi” tövsiyə edib, bu, qismən Kiyevə təslim olmaq çağırışı kimi qəbul edilib.
Vatikanın mətbuat katibi Matteo Bruni daha sonra bu bəyanata düzəliş edib və deyib ki, Papa yalnız münaqişə tərəflərini "ədalətli və davamlı sülh üçün diplomatik həll yolu"na sövq etmək istəyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.