AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Dövlət himninin 103-cü ildönümü - TBMM

  • + A
  • - A
  • 12-03-2024, 15:13

    Türkiyə Dövlət himninin 103-cü ildönümü -


    Türkiyədə Mehmet Akif Ersoyun sözlərini yazdığı Dövlət himninin 103-cü ildönümü qeyd olunur.

    Dövlət himni Türkiyə Böyük Millət Məclisi tərəfindən 1921-ci il martın 12-də təsdiq edilib və Türkiyə xalqının müstəqilliyinin və milli azadlıq mübarizəsinin rəmzinə çevrilib.

    Türkiyənin Dövlət himninin mətninin yazılması üzrə müsabiqə haqqında elan “Hakimiyyet-i Milliye” qəzetində dərc olunmuşdu. Onun qalibinə həmin dövr üçün çox iri məbləğ – 500 lirə vəd edilmişdi.

    Əvvəlcə, “millətin himni pulla yazıla bilməz” deyən Mehmet Akif Ersoy Dövlət himni üçün şeir yazmaqdan imtina edir. Amma sonradan mükafatdan imtina etməsi şərti ilə buna razı olur. Xalqının həqiqi vətənpərvər övladı olan Ersoy bir neçə gün ərzində Ankaradakı bir binada özünə qapanır və nəticədə, milyonların əzbər bildiyi Türkiyənin Dövlət himninin sözlərini yazır.

    Həmin vaxt Dövlət komissiyasına 724 şeir təqdim olunmuşdu və onların hər biri diqqətlə öyrənilmişdi.

    1921-ci il martın 1-də Türkiyənin Dövlət himninin mətni o dövrün maarif naziri Hamdullah Suphi Tanrıöver tərəfindən ilk dəfə parlamentin divarları arxasında səsləndirilib.

    Yekunda, parlamentin üzvləri Osman Zeki Üngörün musiqi bəstələdiyi Dövlət himninin sözlərini təsdiq ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR