HƏMAS hərəkatı ABŞ-ın Qəzzada atəşkəs və məcburi köçkünlərin tədricən geri qaytarılması təşəbbüsü ilə razılaşıb.
Azadmedia.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın irəli sürdüyü təşəbbüs anklavda hərbi əməliyyatların dayandırılmasını və məcburi köçkünlərin tədricən geri qaytarılmasını nəzərdə tutur.
Qeyd edək ki, "Politiko" daha əvvəl yazmışdı ki, Təl-Əviv Qəzza zolağında quru əməliyyatını genişləndirərsə, ABŞ Prezidenti Co Bayden İsrailə hərbi yardımı məhdudlaşdırmaq barədə düşünə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.