Avropa İttifaqı (Aİ) 2027-ci ilin sonunadək Misirə 8 milyard dollar vəsait ayıracaq.
Azadmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, vəsait Misir iqtisadiyyatının möhkəmləndirilməsinə yönələcək. Beləliklə, Avropa ətrafında iqtisadi qeyri-sabitliyin və Afrikadan qanunsuz miqrasiyanın qarşısının alınacağı gözlənilir.
Qeyd edək ki, yaxın günlərdə imzalanacaq saziş Misirin enerji sektorunun dəstəklənməsini, sudanlı qaçqınlarla bağlı problemlərin həllini və Livanla sərhəddə nəzarətin gücləndirilməsini nəzərdə tutur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.