AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Parlamenti dünyada Sİ texnologiyalarından istifadəni tənzimləyən ilk qanunu təsdiqləyib - KİV

  • + A
  • - A
  • 14-03-2024, 08:55

    Avropa Parlamenti dünyada Sİ texnologiyalarından istifadəni tənzimləyən ilk qanunu təsdiqləyib -


    Avropa Parlamenti dünyada süni intellekt (Sİ) texnologiyalarından istifadəni tənzimləyən ilk qanunu təsdiqləyib.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədin qəbulunun lehinə 523 deputat səs verib, 49-u bitərəf qalıb, yalnız 46 nəfər onun əleyhinə çıxıb.
    Bildirilir k, qanun süni intellektdən istifadə zamanı risklərin azaldılması prinsipinə əsaslanır. Qanun insanların birbaşa iştirakı olmadan neyron şəbəkələr tərəfindən yaradılmış şəkillərin etiketlənməsindən tutmuş bəzi məzmunların tamamilə qadağan edilməsinə qədər cəmiyyətin müdafiəsi üçün müxtəlif tədbirləri nəzərdə tutur.

    Həmçinin, insanları müəyyən etmək və ya onların emosiyalarını tanımaq üçün fərdi, etnik və ya dini xüsusiyyətlərin istifadəsi ciddi şəkildə məhdudlaşdırılır.

    Lakin bu cür qadağalar təhlükəsizlik maraqlarına toxunulduğu hallarda tətbiq olunmaya bilər.

    Qanunun may ayında siyasi və texniki səviyyədə rəsmi təsdiqlənəcəyi gözlənilir. Qanunun nəzərdə tutduğu qadağalar noyabr ayında qüvvəyə minəcək, 2027-ci ilə qədər isə Sİ haqqında qanun tam şəkildə qüvvəyə minəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR