Xəbər verdiyimiz kimi, Rusiyada prezident seçkiləri keçirilir. Artıq bu gün səhər saatlarından səsverməyə start verilib. İlk olaraq seçki məntəqələri ölkənin şərqindən başlayaraq açılmağa başlayıb.
Milli Məclisin bir qrup deputatı da Rusiya Federasiyasında seçkiləri müşahudə etmək üçün oradadır.
Deputat Sabir Hacıyev AzadMedia.az-a açıqlamasında bildirib ki, ilk dəfə olaraq Rusiyada seçkilər 3 gün keçiriləcək.
“Səhər saatlarından başlayaraq nümayəndə heyəti olaraq seçkiləri müşahidə edirik. İnsanlar səsvermə məntəqələrinə axın edir. Biz özümüz də müxtəlif görüşlərə qatılırıq. Dairə seçki komissiyalarının sədrləri ilə bir araya gəlirik. Onlardan son məlumatları alırıq. Onu da deyim ki, burada hava da yaxşıdır. İnsanlar pozitivdir. Seçkilərə aktiv formada qatılırlar. Hələ 3 gün burdayıq. Hələ ki heç bir problem müşahidə etməmişik”
Hazırkı prezident Vladimir Putinin seçkilərdə üç opponenti var. Seçkilərdə Dövlət başçısı ilə Kommunist Partiyasından Nikolay Xaritonov, Rusiya Liberal-Demokratik Partiyasından Leonid Slutski və Dövlət Dumasının sədr müavini Vladislav Davankov mübarizə aparır. Bu Vladimir Putinin beşinci seçkisidir. Fevral və mart aylarında Putin fəal şəkildə ölkəni gəzib: hərbçilər, işçilər, alimlər, fermerlər və gənclərlə görüşüb. Bütün bu görüşlər seçkiqabağı tədbir olsa da, onlarda “seçki” çağırışları səslənməyib.
Bundan başqa, 2024-cü ildə Rusiya prezidenti ilk dəfə Ukraynanın 4 vilayətinin – Zaporojyenin, eləcə də Xerson, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərində (ilhaq edilmiş Krımda prezident seçkiləri artıq 2018-ci ildə keçirilib) seçiləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.