Qurumuş Aral dənizinin dibinin abadlaşdırılması ilə Özbəkistanın Ekologiya Nazirliyi, Ətraf Mühit və Ekoloji Texnologiyalar Elmi-Tədqiqat İnstitutu, eləcə də “Iveco Group” şirkəti məşğul olur. Ərazinin yaşıl otlaqlara çevrilməsi nəzərdə tutulur.
Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, hazırda abadlıq-quruculuq tədbirləri iştirakçılarının birgə səyləri nəticəsində 10 hektar sahədə 10 minə yaxın ting əkilib.
Belə ki, Özbəkistanda Aral dənizinin yerində əmələ gələn Qaraqum səhrasının abadlaşdırılması işləri 2018-ci ildən davam edir. Burada 6 il ərzində 1,73 milyon hektar sahədə kol-kos və ağaclar əkilib. 2024-cü ildə respublika rəhbərliyi 150-200 min hektar səhra ərazisini yaşıllaşdırmağı planlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.