AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Ağalar Vəliyev şəhid və qazi ailələrinə bayram sovqatları göndərib - FOTOLAR

  • + A
  • - A
  • 19-03-2024, 17:09

    Deputat Ağalar Vəliyev şəhid və qazi ailələrinə bayram sovqatları göndərib - FOTOLAR

    Milli Məclisin deputatı Ağalar Vəliyev Novruz bayramı münasibətilə şəhid və qazi ailələrinə bayram sovqatları göndərib.

    AzadMedia.az xəbər verir ki, deputat Ağalar Vəliyev Seçki Dairəsi üzrə seçicilərinə Novruz bayramı münasibətilə təbrik ünvanlayıb və onlara ən xoş arzularını yetirib.

    Təbrikdə deyilir:

    "Novruz ümümxalq bayramı kimi bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram xalqımızın qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur, öz tarixi keçmişimizə yüksək ehtiramımızı və milli dəyərlərimizə dərin bağlılığımızı mümayiş etdirir. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri, həmçinin bəşər mədəniyyətinə qiymətli töhfəmizdir.

    Azərbaycan xalqı Novruz bayramını son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur məmbəyimiz olan Şanlı Zəfərimizin və Böyük Qayıdışımızın dogurduğu qalibiyyət ovqatı və fəxarət hissilə qeyd edir.
    Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə rəşadətli Silahlı Qüvvələrimizin Vətən Müharibəsində əldə etdiyi böyük qələbəmiz və lokal antiterror tədbirlərinin qısa müddətdə uğurla başa çatdırılması ilə Qarabağımızda separatizmə birdəfəlik son qoyulub və bununla da doğma Azərbaycanımızın suverenliyi bütün ərazilərimizdə tam təmin olunub.

    Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik".

    Məlumata görə Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə Novruz bayramı münasibətilə Goranboy, Ağdam və Tərtər rayonlarının millət vəkilinin Seçki Dairəsinə daxil olan 30-dan çox yaşayış məntəqəsində 1 030 şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.

    Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib və bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi onlara bildirilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR