Estoniya Rusiya diplomatını ölkədən çıxardığını açıqlayıb.
Bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Tallindəki səfirliyinin diplomatik statuslu əməkdaşı arzuolunmaz şəxs elan edilib. Qovulma Estoniyanın müstəqilliyinə və suverenliyinə qarşı yönəlmiş hərəkətlərlə əsaslandırılıb.
"Rusiya kəşfiyyat xidmətlərinin Estoniya Respublikasının təhlükəsizliyinə qarşı koordinasiya etdiyi hibrid əməliyyatlar dayandırılmalıdır", - açıqlamada deyilir.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna qeyd edib ki, Rusiya səfirliyi Estoniyanın daxili işlərinə qəbuledilməz şəkildə müdaxilə edib. Xüsusilə, söhbət məhkəmə proseslərinə müdaxilədən gedir: diplomat cinayət işinin sənədlərini ələ keçirib və Rusiya sosial şəbəkələrində dərc olunmasına şərait yaradıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.