Polşa Belarusla sərhədini modernləşdirməyə başlayır.
Azadmedia.az xəbər verir ki, bu barədə Polşanın daxili işlər və administrasiya nazirinin müavini Çeslav Mroçek deyib.
Belə ki, "Görülən tədbirlərə baxmayaraq, miqrantların sərhəddən qeyri-qanuni keçidinin davam etməsi səbəbindən səddin yaxşılaşdırılması üçün işlərə başlamaq qərara alındı", - deyə o bildirib.
Həmçinin nazir müavini qeyd edib ki, hökumət hasarın həm fiziki, həm də elektron komponentlərindəki çatışmazlıqları aradan qaldırmağı planlaşdırır:
“Hasar kifayət qədər etibarlı deyil və onun effektivliyini artırmaq üçün tədbirlər görülməlidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.