AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Dünyanı qan çanağına döndərən, günahsız insanların ölümünə səbəb olan istənilən yanaşmanı qınayır, terroru lənətləyirik!".

  • + A
  • - A
  • 23-03-2024, 15:17

    "Dünyanı qan çanağına döndərən, günahsız insanların ölümünə səbəb olan istənilən yanaşmanı qınayır, terroru lənətləyirik!".

    Bu sözləri AzadMedia.az-a verdiyi açıqlamada Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası və "Qarapapaq" döyüş Klubunun prezidenti , ictimai xadim Aqil Acalov ötən gecə "Krokus Siti Hol" da törədilmiş terror aktına münasibət bildirərkən deyib.

    İctimai xadim, vəhşicə törədilmiş hadisədən təsirləndiyini bildirərək dünyasını dəyişənlərin ailələrinə səbr diləyib:

    " Olan yenə dinc əhaliyə oldu. Dünyanı qan çanağına döndərən, günahsız insanların ölümünə səbəb olan istənilən yanaşmanı qınayır, terroru lənətləyirik! Baş verən bu hadisə dünyanın istənilən nöqtəsində asayişin hər an vəhşicəsinə pozula biləcəyini bizə bir daha xatırlatdı. Allah həyatını itirənlərin ailələrinə səbr, yaralılara şəfa versin!".

    Acalov " Bu hadisələri uzaqdan izlədikdə dəhşətə gəlməmək mümkün deyil. Bir daha ölkəmizdə necə təhlükəsiz, sakit, firavan, azad və güvəndə yaşadığımız üçün şükr etməliyik" deyə sözlərinə əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR