Moskvada “Crocus City Hall”da törədilən terror aktı nəticəsində həlak olanların yaxınlarına 3 milyon (55 500 AZN), yaralananlara isə 1 milyon rubl (18 500 AZN) ödəniləcək.
Azadmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.
O əlavə edib ki, valideynləri terror zamanı ölən uşaqlara aylıq ödənişlər veriləcək.
Qeyd edək ki, Moskva meri Sergey Sobyanin isə Moskva şəhəri və Moskva vilayətinin hakimiyyət orqanlarının həlak olanların dəfn mərasiminin təşkilini öz üzərinə götürəcəyini açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.