AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şər-böhtan yazılarla jurnalistikaya kölgə salmaq mənəvi cinayətdir

  • + A
  • - A
  • 24-03-2024, 17:30

    Şər-böhtan yazılarla jurnalistikaya kölgə salmaq mənəvi cinayətdir

    Bu gün Azərbaycanda rəsmi və qeyri-rəsmi (müstəqil) jurnalist fəaliyyəti ilə məşğul olan böyük bir ordu var. Bunların sırasında peşəsinə, peşə fəaliyyətinə və ən əsası, özünə hörmətlə yanaşan həmkarlarımız yetərincə olsa da, süni oxucu və ya izləyici sayı artırmaq, saxta rezonans yaratmaq naminə etikadan kənara çıxan, əsassız "fakt"lara söykənən, sər-böhtan, qarayaxma yazılarla cıxış edən "həmkarlarımız" da az deyil. Bax, elə təəssüf doğuran, jurnalistikanı gözdən salan, bu işıqlı sahəyə kölgə salan hal da burdan başlayır.
    Haqqında söz açacağım və adını hələlik (etika xatirinə) çəkmək istəmədiyim bir xanım "jurnalist" bu yaxınlarda
    Respublika Psixiatriya Xəstəxanası PHŞ-yə telefon zəngi açır, rəhbərliklə danısmaq istədiyini bildirir. Zəngi baş direktorun müavini vəzifəsində çalışan Elxan Əsədova yönəldirlər. "Jurnalist" xanım E. Əsədovdan sosial şəbəkədən hər kəsə məlum olan Əhməd Əhmədovun cinayət xarakterli hərəkətlərinə sözü gedən xəstəxana tərəfindən verilən rəylə bağlı məlumat almaq istəyib. Direktor müavini isə cavabında qarsı tərəfi başa salmağa çalışıb ki, əvvəla adı çəkilən şəxslə onun heç bir tanışlıq əlaqəsi yoxdur. Məlumata gəldikdə isə, E. Əsədov "Psixatriya Yardımı haqqında" Azərbaycan Respublikasının Qanununa görə peşə fəaliyyəti zamanı psixi xəstənin vəziyyəti barədə məlumatları yaymaq qadağandır, odur ki, bu barədə heç bir məlumat verə bilməyəcəyini bildirib.
    Lakin aldığı cavabın mətninə istinad etməyən bu xanım isə necə deyərlər, birin üstünə beşin qoyub yazır ki, guya Elxan Əsədov Əhməd Əhmədovu yaxından tanıyır və elə bu səbəbdən də ona Xəstəxanada "sağlam" diaqnozu qoyulub. Əslində isə qeyd etdiyim kimi, telefon danışığı zamanı direktor müavininin fikirlərinin əsas hissəsini kəsib, özunə lazım olanı saxlayan bu xanım yol verdiyi saxtakarlığa görə daşıdığı peşə məsuliyyətini görünür ya, dərk etmir, ya da kimlər tərəfindənsə proqramlaşdırilmış ssenarini icra edib.
    P.S. Uzun illərdir ki, yaxından tanıdıgım direktor müavini Elxan Əsədova gəldikdə isə, o, çayı, necə deyərlər, piləyib içən adamdı. Bacardıqca nə şəxsi həyatında, nə də peşə fəaliyyətində səhvə yol verməyən bu adam əsl həqiqətdə Əhməd Əhmədovu nə yaxından, nə də kənardan tanımır. Yalnız baş verən hadisəylə bağlı hamı kimi sosial şəbəkədən izləyib, öyrənib onun haqqında. Odur ki, bu insanın fəaliyyətinə kölgə salmağa çalışan xanım "jurnalist" nə qədər gec deyil buyursun, qarşı tərəfdən üzr istəsin. Yoxsa...

    Bəradər
    "Atributinfo.az"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR