AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə İŞİD terror təşkilatı ilə bağlı əməliyyatlar həyata keçirilib - KİV

  • + A
  • - A
  • 24-03-2024, 23:36

    Türkiyədə İŞİD terror təşkilatı ilə bağlı əməliyyatlar həyata keçirilib -


    Türkiyədə İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar həyata keçirilib.

    Belə ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Bildirib ki, Türkiyənin səkkiz vilayətində eyni zamanda aparılan əməliyyatlar nəticəsində təşkilata üzv olması şübhəsi ilə 40 nəfər saxlanılıb.

    Həmçinin nazir bildirib ki, ötən il iyunun 1-dən indiyədək bu istiqamətdə 1316 əməliyyat keçirilib. Bu əməliyyatlar zamanı İŞİD-ə üzv olması şübhəsi ilə 2 733 nəfər saxlanılıb. Onlardan 692-i həbs edilib, 529 nəfər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR