AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cenevrədə çağırış - Fransa müstəmləkəçi ölkə kimi öz məsuliyyətini daşımalı, qanunsuzluqlara son qoymalıdır - Bicep

  • + A
  • - A
  • 27-03-2024, 13:59

    Cenevrədə çağırış - Fransa müstəmləkəçi ölkə kimi öz məsuliyyətini daşımalı, qanunsuzluqlara son qoymalıdır -


    İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin 3-cü konfransı keçirilib.

    Azadmedia.az xəbər verir ki, Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə üzv ölkələrin parlamentləri, beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib.

    Konfransda Bakı Təşəbbüs Qrupunun (BTQ) direktoru Abbas Abbasov və BTQ-nin İdarə Heyətinin üzvü, Avropa Parlamentinin sabiq deputatı, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jean-Jacob Bicep də iştirak edib.

    J-J.Bicep tədbirdə səsləndirdiyi bəyanatda təmsil etdiyi Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən söhbət açaraq, onun kolonializm altında yaşayan xalqlara dekolonizasiya prosesinə dəstək göstərdiyini vurğulayıb və xüsusda Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.

    J-J.Bicep xüsusilə Fransanın bu gün yürütdüyü kolonializm siyasətini qabardaraq, Fransa hökumətinin bu siyasəti nəticəsində müstəmləkə altında yaşayan xalqların ciddi iqlim problemləri ilə üzləşdiyini bildirmişdir. O, Fransanı müstəmləkəçi ölkə kimi öz məsuliyyətini daşımağa, qanunsuzluqlara son qoyulmasını tələb edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR