İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı HƏMAS-ın "strateji aktivlərini" ələ keçirib.
Azadmedia.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu israilli girovların ailələri ilə görüşdə deyib.
O bildirib ki, danışıqlar zamanı bundan istifadə etmək niyyətindədir.
Həmçinin “Biz HƏMAS-ın strateji aktivlərini ələ keçirdik. Bu, girovlarımızın azad edilməsi üçün daha bir açardır. Bu günə qədər 123 girov geri qaytarılıb. Digər girovların da hər birini geri qaytarmağa borcluyam. Mən şəxsən gecə-gündüz bu işlə məşğulam”. - Deyə o qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.