AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MDB İqtisadi Şurasının 101-ci iclası keçirilib - KİV

  • + A
  • - A
  • 29-03-2024, 15:45

    MDB İqtisadi Şurasının 101-ci iclası keçirilib -


    Martın 29-da Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 101-ci iclası keçirilib.

    Azadmedia.az xəbər verir ki, iclasda ölkəmizi Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

    İclas MDB İqtisadi Şurasının sədri, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilib.

    Nümayəndə heyətlərinin rəhbərləri iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə ediblər. Gündəliyə kimya sənayesində əməkdaşlığın inkişafı, məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə 2023-cü il MDB mükafatının verilməsi, qarşılıqlı ticarətdə maneələr, azad ticarət zonası və sair məsələlər üzrə danışıqların başlanmasının mümkünlüyü daxil edilib.

    Tədbir iştirakçıları, həmçinin Regionlararası və Transsərhəd Əməkdaşlıq Şurasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR