Bakı, 29mart — Azadmedia.az
Azərbaycan Karate Federasiyasının (AKF) İdarə Heyətinin növbəti iclası keçirilib
Azadmedia.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün imtahan və seminarların təşkili, eləcə də onlara lisenziyaların verilməsi olub.
Belə ki, toplantıda AKF-də fəxri prezidentlik institutunun yaradılması da müzakirə olunub və bu istiqamətdə müvafiq qərarlar qəbul edilib.
Həmçinin iclasın sonunda tamamlanma mərhələsində olan qurumun rəsmi saytı ilə bağlı federasiya rəhbərliyinə hesabat verilib.
Qeyd edək ki, saytın yaxın günlərdə tam olaraq istifadəyə verilməsi qərara alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.