AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Crocus City Hall”da baş verən terror aktı ilə bağlı onuncu şəxs saxlanılıb - YENİLƏNİB

  • + A
  • - A
  • 1-04-2024, 19:17

    “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı onuncu şəxs saxlanılıb - YENİLƏNİB


    “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı onuncu şəxs saxlanılıb.

    Qeyd edilib ki, Yakubcon Yusufzoda polisə tabe olmadığı üçün həbs edilib.

    “O, 12 sutka müddətinə inzibati həbs edilib”, - məlumatda vurğulanıb.

    Xatirladaq ki, İstintaq Komitəsi məhkəmədən Yakubcon Yusufzodanın terror aktı törətməkdə ittiham olunaraq həbs edilməsini istəyib.

    18:19

    Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terrorla bağlı daha bir şəxsin həbsi üçün vəsatət qaldırıb.

    “İstintaq məhkəmədən "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı cinayət işində iştirak edən daha bir şəxsin – Yakubcon Yusufzodanın həbs olunmasını istəyir”, - məlumatda vurğulanıb.

    Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.

    Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.(TASS)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR