Rusiya Xarici İşlər Nazirliyi Paris Olimpiadasına getməyi planlaşdıran rusiyalıları ehtiyatlı olmağa çağırır.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya diplomatik departamentinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Belə ki, “Olimpiada üçün Parisə getməyi planlaşdıran vətəndaşlarımız, soydaşlarımız son dərəcə diqqətli olmalıdırlar. Çünki bütün bu illər ərzində olduğu kimi, həmvətənlərimizə, Rusiya vətəndaşlarına qarşı təxribatlar, qanunsuz həbslər, adam oğurluğu halları mümkündür”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.