Türkiye, 5 aprel — Azadmedia.az“Türkiyənin Baykar şirkəti 2023-cü ildə cəmi 6,4 milyard TL vergi ödəyib”.
Bu barədə
Azadmedia.az-a Baykar şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, vergi ilə yanaşı yardım fəaliyyətləri də davam edir.
“2021 və 2022-ci illərdə vergi rekordçusu olan firma ortaqları Selçuk Bayraktar və Haluk Bayraktar isə 800 milyon TL vergi ödəyib. Bundan əlavə, Baykar olaraq zəlzələ fəlakətindən sonra millətimiz qarşısında məsuliyyətimizi unutmadıq. Konteyner şəhərləri qurduğumuz zəlzələ bölgəsində 1012 daimi yaşayış binasının tikintisi hazırda sürətlə davam edir. Zəlzələdən zərər çəkmiş qardaş və bacılarımıza və zülm altında yaşamaq üçün mübarizə aparan məzlum Fələstin xalqına 5 milyard TL yardım etdik. Təkcə 2023-cü ildə vergilər və ianələr hesabına ölkəmizə birbaşa olaraq 12,2 milyard TL töhfə vermişik”, - deyə qurumdan bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.