AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan parlamentində bu qanun layihəsinin yenidən müzakirəyə çıxarılması Avropa İttifaqında ciddi narahatlıq doğurub -

  • + A
  • - A
  • 5-04-2024, 14:57

    Gürcüstan parlamentində bu qanun layihəsinin yenidən müzakirəyə çıxarılması Avropa İttifaqında ciddi narahatlıq doğurub -

    Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən müzakirəyə çıxarılması Avropa İttifaqında (Aİ) ciddi narahatlıq doğurub.

    Azadmedia.az AZƏRTAC-a istinadla xəbər verir ki, Aİ Gürcüstanı demokratiya, qanunun aliliyi və insan haqlarının təşviqi ilə bağlı öhdəliyi qorumağa çağırıb.

    Bildirilir ki, 2023-cü ilin martında ictimai rəy və beynəlxalq reaksiyalara rəğmən, Avropa İttifaqı bu məsələnin yenidən gündəmə gəlməsindən təəssüflənir. Qeyri-hökumət təşkilatları üçün əlverişli mühitin yaradılması, media azadlığının təmin edilməsi demokratiyanın əsasını təşkil edir. Bu, Aİ-yə üzvlük prosesi üçün də çox vacibdir. Şəffaflıq vətəndaş cəmiyyətinin sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıran alət kimi istifadə edilməməlidir.

    “Biz Gürcüstandakı siyasi liderləri Avropa İttifaqına daxil olmaq məqsədilə irəli sürülən islahatları qəbul etməyə və həyata keçirməyə çağırırıq”, - deyə Aİ-nin müraciətdə qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR