Kosovada əhalinin növbəti siyahıyaalınması prosesinə start verilib.
Azadmedia.az xəbər verir ki, Kosova Statistika Agentliyinin məlumatına görə, əhalinin, ev təsərrüfatlarının və mənzillərin siyahıyaalınması aprelin 5-dən mayın 17-dək davam edəcək. Prosesə təxminən dörd min əməkdaş cəlb olunub.
Belə ki, Kosova hökuməti və beynəlxalq təşkilatlar tərəfindən siyahıyaalma prosesinə ümumilikdə 12 milyon avro vəsait ayrılıb. Siyahıyaalmaya ilk dəfə olaraq Kosovanın şimalında əsasən serblərin yaşadığı bələdiyyələr də daxil edilib. Prosesdə iştirak etmək istəməyənlərə cərimələr tətbiq olunacaq.
Həmçinin ilkin qeyri-rəsmi nəticələr üç ay sonra açıqlanacaq. Əhalinin sayı ilə bağlı düzgün proqnoz verən vətəndaş proses çərçivəsində keçiriləcək tirajda 10 min avro mükafat qazanacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.