AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İngiltərədə kurqanların tikintisinə icazə verilib - KİV

  • + A
  • - A
  • 6-04-2024, 15:52

    İngiltərədə kurqanların tikintisinə icazə verilib -

    İngiltərənin Şərqi Midlend bölgəsində müasir kurqanların tikintisinə icazə verilib.

    Azadmedia.az AZƏRTAC-a istinadla xəbər verir ki, “Sacred Stones Limited” ilə tərəfdaşlığın bir hissəsi olaraq, Tunc dövrü və Neolit mədəniyyətlərinin qədim ənənələrini özündə yaşadan Kalverton kəndinin kənarında müasir kremasiya dəfnləri üçün kurqan tikiləcək.

    Tumuli kimi də tanınan kurqanlar qədim qəbirlər üçün istifadə edilən daş tikililərdir. Dairəvi kurqan Anglo-Saks fəthlərindən sonra qısa bir canlanma yaşasa da, 7-ci əsrdə xristianlığın yayılması nəticəsində aradan qaldırılmışdı.

    Tumulların ilkin elmi tədqiqi və onların mənşəyi ilə bağlı fərziyyələr 17-ci əsrdə Con Aubrey və Vilyam Stukeleyin rəhbərliyi ilə başlayıb.

    Kalverton qəbiristanlığı “AW Lymn” şirkətinə məxsus ilk dəfn yeri və kurqanlar sxemidir. Şirkət regionda kurqanları genişləndirməyi planlaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR