AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fuad Muradov İstanbul valisi Davut Gül ilə görüşüb - Komitə

  • + A
  • - A
  • 6-04-2024, 18:34


    Fuad Muradov İstanbul valisi Davut Gül ilə görüşüb -


    Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbul valisi Davut Gül ilə görüşüb.

    Komitədən Azadmedia.az-a verilən məlumata görə, görüşdə İstanbul valisi Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib, münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatmasında prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin rolunu vurğulayıb.

    Səmimi qəbula görə təşəkkür edən Komitə sədri Türkiyə-Azərbaycan qardaşlığının bütün dünya ölkələrinə nümunə olduğunu söyləyib. Görüş zamanı “1990-cı illərdən etibarən Türkiyə Respublikasına (İstanbul şəhərinə) mühacirət etmiş və hazırda orada yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə dair Tədbirlər Planı”nın icrasına dair bir sıra məsələlər müzakirə edilib. Qeyd olunub ki, indiyədək 7093 nəfərin müraciəti cavablandırılıb. Onlardan 3623 nəfərin pasport rəsmiləşdirilməsi və digər xidmət-sorğular həyata keçirilib. Bu prosesdə İstanbul valiliyinin rolu xüsusi vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR