Tayvanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Zəlzələdən sonra yaradılan Təcili Yardım Mərkəzinin verdiyi açıqlamaya görə, axtarış-xilasetmə qrupları Hualien şəhərinin şimalındakı Taroko Milli Parkında daha bir nəfərin cəsədini tapıb.
Ətraflı
Şəxsiyyət vəsiqəsindən onun 21 yaşlı Hu soyadlı qadın olduğu müəyyənləşib.
Beləliklə, ölənlərin sayı 13-ə yüksəlib.
Rəsmi məlumatlara görə, indiyədək zəlzələ nəticəsində 1145 nəfər xəsarət alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.