Ramazan bayramı münasibətilə Masallı rayonunun Ərkivan qəsəbəsində xeyriyyə aksiyası baş tutub.
Azadmedia.az xəbər verir ki, “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin təşkilatçılığı ilə keçirilən aksiya “Ərkivan Şəhidlər Parkı”-nın ziyarəti ilə başlayıb. Tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək abidə kompleksini qarşısına gül dəstələri düzüblər.
Sonra bayram aksiyası “Həsənəküçə Mərasim Evi”ndə davam edib.
“Ərkivan Xeyriyyə Cəmiyyəti”nin sədri Cəfər Cəfərov çıxış edərək bildirib ki, aksiya qəsəbə xeyriyyəçilərinin maddi dəstəyi ilə baş tutub.
Şəhid atası Habil Həhimov, ağsaqqal Səyədulla Abbasov çıxış edərək qəsəbə sakinləri adından aksiyanın təşkilatçılarına, maddi dəstək göstərənlərə öz minnətdarlıqlarını bildiriblər.
Daha sonra hər birinin dəyəri 45 manat olan 210 sovqat bağlaması xeyriyyə cəmiyyətinin könüllüləri tərəfindən şəhid və qazi ailələri də daxil olmaqla qəsəbənin aztəminatlı ailələrinə çatdırılıb.
DİQQƏT! “Ərkivan Xeyriyyə Cəmiyyəti” etik səbəblərdən və reklam məqsədli olmadığı üçün bayram sovqatı aparılan ailələrin kimliyini məxfi saxlayaraq onların FOTO və VİDEO görüntülərini yayımlamır!