Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) erməniəsilli nümayəndəsi Mikael Aqasandyanı tutduğu vəzifədən azad edib.
Azadmedia.az xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.
Bildirilib ki, Vladimir Putin erməni etnik qrupunun nümayəndəsini Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Viktor Vasilyevlə əvəz edib.
Qeyd edək ki, mütəxəssislər bunu Moskvanın ermənilərə etimad etməməsi kimi də dəyərləndiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.