“Mənim Atam Qəhrəmandır” və “Mənim Oğlum Qəhrəmandır” layihələri çərçivəsində keçirilən silsilə tədbirlərlə İkinci Qarabağ müharibəsində və Antiterror əməliyyatlarında şəhid olmuş qəhrəmanlarmızın 3000-nə yaxın əmanətini müxtəlif formatlı 50 tədbirdə biraraya gətirən “Fireland Group” Ramazan bayramı ilə əlaqədar olaraq Azərbaycanın bütün bölgələrindən olan bu günədək tədbirlərdə iştirak etməyən 300 -ə yaxın şəhid anasını ilk dəfə olaraq bir süfrə ətrafına toplayıb, bayramı onlarla birlikdə qeyd etdi.
Tədbir çərçivəsində “Fireland Group”un rəhbəri, AYB-nin üzvü, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin təşkilatçısı Cəlal Qurbanov bütün bölgələrimizdən, rayonlarımızdan, hətta ən ucqar kəndlərimizdən belə dəvəti qəbul edib bu tədbir üçün yol qət edən analarımızla eyni süfrəni, eyni hissləri, duyğuları və onlara olan sevgini paylaşmaqdan qürur duyduğunu dilə gətirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.