ABŞ Senatında Ukrayna və İsrailə yardımla əlaqədar konsensus əldə olunub.
Azadmedia.az “ABC News”a istinadən xəbər verir ki, bu barədə Senatdakı çoxluğun lideri, demokrat Çak Şumer deyib.
Belə ki, Konqres hər iki ölkəyə yardım göndərmək üçün mümkün qədər tez hərəkətə keçməlidir.
Həmçinin parlamentarinin sözlərinə görə, konsensus Prezident Cozef Bayden və Konqres rəhbərliyi arasında bazar günü keçirilən müzakirə zamanı əldə olunub.
Ç.Şumer Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bu həftə hər iki ölkəyə yardım məqsədi ilə müəyyən işlər görülə biləcəyinə ümid etdiyini bildirib.
Qeyd olunub ki, “İsrail və Ukraynaya kömək etməyin ən yaxşı yolu Nümayəndələr Palatasının hər iki ölkəyə yardımı nəzərdə tutan və Senatın təsdiqlədiyi milli təhlükəsizliklə əlaqədar yeni qanun layihəsini qəbul etməsidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.