Tacikistanın Xatlon vilayətində Rusiya və yerli silahlı qüvvələrinin birgə ikitərəfli təlimi başlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təlimlərin açılışı “Harb Maydon” poliqonunda başlayıb.
Məlumata görə, Rusiya hərbi kontingentinin əsasını 201-ci Rusiya hərbi bazasının dağ, motoatıcı, tank, artilleriya, kəşfiyyat bölmələri, həmçinin hava qruplarının ekipajları təşkil edir.
İnformasiyaya əsasən, manevrlər zamanı iştirakçılar terrorçuların məhv edilməsi, eləcə də silahlı birləşmələrin hücumu zamanı sərhədin qorunması ilə bağlı tapşırıqları yerinə yetirəcəklər.
Təlimlər dağlıq ərazilərdə keçiriləcək və aprelin 18-dək davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.