AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnsanlar buna sevinməlidi, bu, ölkədə gözəlllik yaradacaq.

  • + A
  • - A
  • 15-04-2024, 19:32

    İnsanlar buna sevinməlidi, bu, ölkədə gözəlllik yaradacaq.

    Bütün ölkələrdə taksilər 1 rəngə salınır. Hökumət öncədən xəbərdarlıq edir, bir neçə aya qədər də vaxt verir. Taksi işləmək üçün əgər yeni maşın alarsınızsa ağ, yaxud qırmızı rəngdə alın, deyir. Bunun nəyi pisdir xəbərdar edir ki, taksi fəaliyyəti üçün maşın almağa gedərkən, öncədən nəzərdə tutduğun kriteriyalarına mütləq rəng seçimi də əlavə et ki, ölkəmiz gözəlləşsin. Ölkəyə maşın gətirib satan adamları da xəbərdar edir ki, al-verləri zəifləməsin, gətirdikləri maşınların sayına görə rənglərini düzgün tarazlasınlar. Hal-hazırda taksi kimi işlədilən müxtəlif rənglərdə olan maşınları da ya boyamaq, ya da ki, ağ və ya qırmızı vinillə örtmək olar, sənəd işi də çox ucuz qiymətə başa gəlir, maşınınız da yenilənmiş olar. Buna da vaxt verilib. Boyamağa qadağa yoxdur. Vinil çəkməyə də məncə qadağa olmaz orasını maraqlannmaq olar. Bu qanunu tənqid etmək hansı vicdana sığar. Bütün insanlar buna dəstək verməli, sevinməli, mən hesab edirəm. Dünyada haçandı bu var. Bunu tənqid etmək yersizdir, yanlış don geyindirib yayırlar, burada pis heçnə yoxdur, amma əfsuslar olsun ki, qərəzli olaraq pis təqdim edirlər.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR