AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri planlaşdırılır - KİV

  • + A
  • - A
  • 15-04-2024, 22:39

    Qırğızıstan Prezidentinin Azərbaycana səfəri planlaşdırılır -


    Qırğız Prezidenti Sadır Japarovun aprelin 24-25-i tarixlərində Azərbaycana səfəri planlaşdırılır.

    Azadmedia.az xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev "Sputnik Qırğızıstan"a açıqlamasında bildirib.

    Belə ki, səfər zamanı 10-dan artıq sənədin imzalanması nəzərdə tutulur.

    Həmçinin artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi, ilk növbədə İssık-Kul sahillərində nəzərdə tutulan beşulduzlu otelin tikintisi müzakirə ediləcək.

    Həmçinin Səfir xatırladıb ki, S.Japarov ötən ilin noyabrında Bakıda keçirilən SPECA sammitində iştirak edib:

    "Hər iki ölkənin dövlət başçıları həm Türk Dövlətləri Təşkilatı, həm də Müstəqil Dövlətlər Birliyi çərçivəsində də görüşlər keçirirlər. Onlar arasında dərin işgüzar münasibətlər mövcuddur. Bununla yanaşı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana səfəri çərçivəsində Prezident Sadır Japarovu Azərbaycan Prezidenti İlham Əliyevin adından COP29 sammitində iştirak etmək üçün bu ölkəyə səfərə dəvət edib".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR