Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya Prezidenti Marselo Rebelo de Sousaya təqdim edib.
Azadmedia.az xəbər verir ki, səfir görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Portuqaliya Prezidentinə çatdırıb.
Həmçinin, səfir cari ilin noyabr ayında keçiriləcək COP29-a Azərbaycan Prezidentinin dəvətini Portuqaliya Prezidentinə təqdim edib.
Azərbaycanın Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verməsi və tezliklə Lissabon şəhərində Azərbaycan səfirliyinin diplomatik ofisinin açılmasının nəzərdə tutulması İ.Muxtarov tərəfindən Portuqaliya Prezidentinin diqqətinə çatdırılıb.
Portuqaliya dövlət başçısı öz növbəsində Azərbaycan Prezidentinə salamlarını çatdıraraq dəvətə görə təşəkkürünü ifadə edib və tezliklə Azərbaycan dövlət başçısı ilə görüşməkdən məmnun olacağını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.