Azərbaycanda azyaşlı qıza əxlaqsız təklif olunub.
Bu barədə “Qadın və Uşaq Sığınacağı” sosial şəbəkədə məlumat paylaşıb. Məlumatda bildirilir ki, rayonlarında birində valideynləri boşandıqdan sonra Zəhra (ad və soyad şərti) adlı qız anası ilə qalıb. Bir müddət sonra anası onu 40-50 yaşlarında bir kişiyə təhvil verib. Bu zaman ana həmin kişi ilə “onunla nə edərsən, et” deyə razılaşıb.
Həmin kişi də 1 ay sonra azyaşlı qıza bədənini satmağı və qazandığı pulları aralarında bölməyi təklif edib. Bunu eşidən qız qollarını kəsərək Bakıya qaçıb. Bakıda onu Abşeron rayon Polis İdarəsinin əməkdaşları xilas edərək, sığınacağa yerləşdiriblər.
Hazırda azyaşlıya sığınacaqda psixoloji yardım göstərilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.