Son yeddi ay ərzində 203 mindən çox burundiyalı güclü yağışlardan zərər çəkib.
Bu barədə Afrika ölkəsinin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daşqınlara və torpaq sürüşməsinə səbəb olan güclü yağışlar 96 min insanı evlərini tərk etməyə məcbur edib.
Ölkə hökuməti hazırda Brundidə 306 min insanın humanitar yardıma ehtiyacı olduğunu vurğulayıb. Beynəlxalq ictimaiyyətə müraciət edərək maliyyə dəstəyi göstərməyə çağırıblar.
Burundi ilə yanaşı, Şərqi Afrikanın digər ölkələri də bu ay uzun sürən yağışlar, daşqınlar və torpaq sürüşmələrindən əziyyət çəkib. Beləliklə, Tanzaniyada 58, Keniyada 13 nəfər güclü yağışların qurbanı olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.