AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan dövlətinin Lideri ölkəmizin maraqlarını ən yüksək səviyyədə qoruyur

  • + A
  • - A
  • 18-04-2024, 10:00

    Azərbaycan dövlətinin Lideri ölkəmizin maraqlarını ən yüksək səviyyədə qoruyur

    Cəlil Xəlilov: Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı

    “Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi bölgədəki mövcud reallığın nəticəsidir””.

    Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci illə müqayisədə bu gün Qarabağda tamam fərqli bir mənzərə mövcuddur:

    “Xatırladaq ki, Qarabağda Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli bəyanata uyğun olaraq yerləşdirilmişdi. Həmin vaxt Qarabağda qanunsuz erməni silahlı birləşmələri mövcud idi. Ölkəmizin suverenliyi tam bərpa edilməmişdi və bölgədə hərbi qarşıdurma ehtimalı öz mövcudluğunu qoruyub saxlayırdı. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bölgədəki bütün erməni silahlı birləşmələri zərərsizləşdirildi. Azərbaycan öz suverenliyini tam bərpa etdi. Həmin ərazidə yaşayan bütün vətəndaşların, eləcə də erməni əsilli şəxslərin təhlükəsizliyi tam təmin edildi. Belə olan halda Rusiya sülhməramlılarının bölgədə qalması heç bir məna kəsb etmirdi. Məhz bu səbəbdən də Rusiya və Azərbaycan rəhbərliyi arasında sülhməкamlıların vaxtından tez bölgədən çıxarılması ilə bağlı razılıq əldə edildi”.

    Polkovnik qeyd edib ki, sülhməramlıların bölgədən çıxarılması onların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı:

    “Rusiya sülhməramlıları bölgəyə gəlişindən sorna bəzi radikal müxalifətçilər, antimilli qüvvələr iddia edirdi ki, guya bu, yanlış addımdır və bundan sonra onları Azərbaycan ərazisindən çıxarmaq mümkün olmayacaq. Ancaq bu gün baş verən olaylar bir daha sübut edir ki, Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı ölkəmizin maraqlarını ən yüksək səviyyədə qorumağa qadirdir və bu cür tənqidlər qərəzdən başqa bir şey deyil”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR